Dövlətimiz, xalqımız şəhidləri heç zaman unutmur

0
296

44 Günlük Vətən müharibəsi Azərbaycan xalqının qəhrəmanlıq salnaməsidir.
Bu millətin əsla zalıma , nahaqqa boyun əyməmısinin simvoludur
Tarixə nəzər salsaq görərik ki, zamanla qalib də olmusuq, məglub da, amma heç vaxt düşmənə boyun əyməmişik.
Bu gün üç rəngli bayrağımız işgaldan azad olmuş torpaqlarda dalgalanması hər şeydən şirin olan candan keçmə cəsarətinin tarixə çevirdiyi gündür.
Vətənin bütövlüyünü qorumağın , gələcək nəsillərin keşiyində durmağın nə tankla nə də topla mümkün olduğunun, əksinə ürəklə mümkünsüzlüyünü göstərən Zəfər qələbəsidir
Bu möhtəşəm Zəfəri bizlərə yaşadan ölkəmizin çiçəklənməsi, inkişafı, bayragımızın daha da yüksəklərdə qorxu salaraq dalgalanması üçün ölkəmizin haqq etdiyi yerə gəlib çıxması üçün Şəhidlərimizə, qazilərimizə borcluyuq.
Bizim ölkəmiz qəhramanlar , yetişdirən bir ölkədir.
General Mayor Polad Həşımov Azərbaycan xalqını ayaga qaldırdı. Qələbəyə gedən yol onunla başladı.
Qəhramanları olan bu xalq heç vaxt basılmaz!
İnsanın milli və mənəvi dəyərlərinə sahib çıxdığı və qoruduğu müqəddəs məkan vətən adlanır . Varlığın , şüurun , torpaq ilə birləşdiyi məkandır vətən.
Vətən uğrunda, torpaq uğrunda, bayraq ugrunda canından keçən şəhidlərimizə rəhmət diləyirəm.
Vətən olmazsa , heç bir dəyərdən söz açmaq olmaz.
Odur ki, dəyərlərimizə sahib çıxmaq, hər bir vətəndaşın borcudur.
Vətən oğlu olub onun ugrunda gözünü qırpmadan canını fəda edən əziz şəhidlərimizin məkanı cənnət olsun.

Təranə Alməmmədova

“Xarıbülbül Ədəbi Məclisinin “, Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi, Sabitlik və İnkişaf Mərkəzinin Qəbələ rayon nümayəndliyinin rəhbəri.