Qarabağ iqtisadi rayonunda 120 min erməni yaşayır? – FAKTLAR

0
171

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqları, xüsusilə “Qızılbulaq” qızıl və Dəmirli mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq eko-fəallar və QHT təmsilçiləri Şuşa-Xankəndi yolunda aksiya keçirirlər. Ermənistan tərəfinin bu aksiya ilə bağlı bir neçə arqumentləri var. Onlar, aksiyada iştirak edənlərin QHT təmsilçisi olmadıqlarını, Qarabağda 120 min insanın blokadada qaldığını, tibbi ləvazimat, ərzaq və yanacağın tükəndiyini əsas gətirərək humanitar fəlakət və hətta soyqırım törədildiyini iddia edirlər. Bu iddialardan “iştirakçıların QHT təmsilçilərinin olmaması” arqumentinin mövzuya aidiyyatı yoxdur. Məhz bunu əsas gətirib aksiya iştirakçılarının tələblərini qulaqardına vurmaq məntiqli görünmür. “Humanitar fəlakət”, “soyqırım” sözləri də artıq qarşı tərəfdən o qədər yersiz və mənasız yerə səslənib ki, düşünməkdən çox ikrah hissi oyadır. Hərçənd aksiya iştirakçıları son 2 gündə bir neçə dəfə koridoru açaraq təcili tibbi yardım maşınlarını, xəstə və gündəlik tələbat mallarının daşınması üçün şərait yaradıblar.

Son günlərdə həm Ermənistan rəsmiləri, həm də erməni lobbisinin təsiri altında olan xaricilərin daha çox “120 min sakin blokadadır” ifadəsini işlətdiyinin şahidi olmuşuq. Bir neçə misal çəkək:

Armenia Today Ermənistanın Baş naziri Nikol Paşinyana istinadən yazır ki, “120 min insan blokadada, faktiki girov şəraitindədir”. Ermənistan Milli Assambleyasının (Parlament) sədri Alen Simonyan bu mövzuda 2 dəfə tvit yazıb. A. Simonyan 13 dekabrda “Mülki geyimli və zabit rütbəli azərbaycanlı qondarma “ekoloqlar” Dağlıq Qarabağı Ermənistanla birləşdirən yeganə yolu bağlayaraq sözün əsl mənasında 120 min ermənini girov götürüblər”, 14 dekabrda isə “Rəsmi Bakının 120 min insanı girov götürməsi, sərbəst gediş-gəlişi əngəlləməklə və qış mövsümündə təbii qaz təchizatını kəsməklə humanitar fəlakət yaratması Dağlıq Qarabağda daha geniş beynəlxalq monitorinqin cəlb edilməsinə olan ehtiyacı daha da qabarıq şəkildə göstərir” deyə yazıb.

Bunlardan başqa “Le Figaro” qəzetinin əməkdaşı J-Christophe Buisson (Artsaxın/Dağlıq Qarabağın 120 min erməni əhalisinin həyatı təhlükə altındadır), Avropa Parlamentinin üzvü Fx Bellamy (bu gecə də Azərbaycan Dağlıq Qarabağdan olan 120 min mülki vətəndaşı humanitar böhran içərisində saxlayır),ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Rep. Katie Porter (Qış fəslinin başladığı bir vaxtda Azərbaycanın Dağlıq Qarabağı blokadaya saldığı və 120 min erməninin qaz təchizatını kəsməklə təhdid etdiyi bildirilir) Fransa Milli Assambleyasının üzvü Isabelle Santiago (Artsaxın 120 min əhalisini xilas etmək üçün elə indi hərəkətə keçməliyik!) Fransa Milli Assambleyasının üzvü Eric Ciotti (120 min erməninin dünya ilə bütün əlaqəsi kəsilib), alman bloger Sascha Düerkop (Hazırda Azərbaycan Dağlıq Qarabağa gedən yeganə yolu və enerji təchizatını kəsərək 120 minə yaxın mülki vətəndaşı girov saxlayıb), Fransanın Paris şəhərinin merinin erməni əsilli müavini Anouch Toranian (120 min erməni ciddi humanitar böhran yaşayır, qışın ortasında qaz nəqli kəsilir və xəstələr köçürülmələrini gözləyirlər) “120 min” erməni haqda fikirlər səsləndiriblər. Qeyd edək ki, bütün bunlar yalnız 13-14 dekabrda atılan tvitlər və verilən açıqlamalardır.

Publika.az xəbər verir ki, Faktyoxla Lab. Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə 120 min insanın yaşayıb-yaşamadığını araşdırıb.

Araşdırma yolu 1.

Bu faktı dəqiqləşdirmək üçün öncə qondarma rejimin “seçki komissiyası”nın səhifəsinə baxmaq lazım gəlir.

Mətndə 23.01.2020-ci il tarixinə qondarma qurumun seçicilərinin sayı haqda məlumat verilib. Qeyd olunub ki, seçicilərin ümumi sayı 103506 nəfərdir.

Şəhər və rayonların mənzərəsi belədir.

Xankəndi: 39,218

Əsgəran rayonu: 11,832

Hadrut rayonu: 8,617

Ağdərə rayonu: 13,092

Xocavənd rayonu: 17,398

Şaumyan rayonu: 2,136

Şuşa şəhəri: 3,930

Laçın rayonu: 7,283

Mənbə

44 günlük müharibədən sonra Azərbaycan Hadrut rayonu, Şuşa şəhəri və ətraf kəndləri, Laçın rayonunu tam geri qaytarıb. Martakert dedikləri Ağdərə rayonunun Suqovuşan və Talış kəndlərini müharibənin ilk günlərində, müharibədən sonra isə Əsgəran rayonunun Fərrux və Pirlər kəndləri, Xocavənd rayonunun Tağlar, Çaylaqqala, Aşağı Tağlar kəndləri ərazidə gizlənmiş qanunsuz hərbi birləşmələrdən təmizlənib. 10 noyabr razılaşmasına görə Ağdam rayonu tam boşaldılıb. (işğal dövründə Ağdam rayonunun bir neçə kəndi (Şelli, Qasımlı və s.) Əsgəran rayonuna daxil edilmişdi. Beləliklə, ermənilərin 23.01.2020 statistikasından Şuşa, Laçın, Hadrut, Əsgəranın (bəzi kəndlərini), Ağdərənin (Suqovuşan, Talış) və Xocavəndin bəzi göstəricilərini çıxsaq (siyahı burada tam verilib) təxminən 70 min insan qaldığı alınar. Bura ermənilərin də iddia etdiyi kimi, 40% uşaqları əlavə etsək 85 min nəfər edir. Bunlar ermənilərin iddialarıdır. Bəs, real vəziyyət necədir?

Son dövrlərdə qondarma rejim 4 dəfə yerli özünü idarəetmə orqanlarına qanunsuz seçki keçirib. Həmin “seçki” oyununda iştirak edən seçicilərlə bağlı sənədləri və açıq mənbələrdə olan digər materialları araşdıraq.

Fakt 1. 10 oktyabr 2021-ci ildə Əsgəran rayonunun Tsakaşat və Xaçmaç, Ağdərə rayonunun Yeni Qazançı (Nor kazançi) və Xocavənd rayonunun Garqar icmalarına keçirilən “seçki”nin nəticələri 12 oktyabr 2021-ci ildə elan edilib. Kimin hara seçildiyini, nə qədər səs topladığını bir kənara qoyub, bizə əsas lazım olan fakta diqqət edək. Açıqlamda qeyd olunur ki, yerli özünü idarəetmə orqanlarına (icmalara) keçirilən “seçkilərdə” 440 nəfər iştirak edib. Bu isə ümumi seçici sayının 59,2%-i deməkdir. Beləliklə bəlli olur ki, qeyd olunan icmalarda ümumilikdə 700 seçici (440×59,2:100+ 440) yaşayır. Bu göstəricinin də üzərinə ermənilərin iddia etdiyi 40% uşaq-yeniyetmə sayını gəlsək, 980 rəqəmi alırıq.

Fakt 2. 10 dekabr 2021-ci ildə yerli özünü idarəetmə orqanlarına (icmalar) keçirilən seçkinin nəticələri 13 dekabr 2021-ci ildə açıqlanıb. Mediaya verilən açıqlamaya görə, seçkilər Xocavənd şəhəri və Xocavənd rayonunun Qişi icmasında keçirilib. Açıqlamda qeyd olunub ki, bu “seçkilərdə” 1859 seçici iştirak edib və bu rəqəm, ümumi seçici sayının 37,05%-ni təşkil edir. Beləliklə, bəlli olur ki, bu icmalarda 6876 seçici var. Bu göstəricinin üzərinə ermənilərin iddia etdiyi 40% uşaq-yeniyetmə sayını gəldikdə 11460 nəfər alınır.

Fakt 3. 10 aprel 2022-ci ildə yerli özünü idarəetmə orqanlarına keçirilən seçkilərin nəticələri ictimaiyyətə 13 aprel 2022-ci ildə açıqlanıb. Açıqlanan məlumatda bildirilir ki, Xocavənd rayonunun Berdaşen, Norşen, Tsovatex, Sos, Varanda və Şaumyan rayonunun Aknaberd icmalarında seçkilər baş tutmuş sayılır. Qeyd olunub ki, bu seçkilərdə 1258 seçici iştirak edib, bu da ümumi seçicilərin 49,35% deməkdir. Beləliklə, bəlli olur ki, bu icmalarda ümumi seçici sayı 2549 nəfərdir. Bu göstəricinin üzərinə ermənilərin də iddia etdiyi 40% uşaq-yeniyetmələrin sayını gəldikdə 4248 edir.

Fakt 4. 09 oktyabr 2022-ci ildə Ağdrə rayonunun Tsmakaox, Vəng, Nor Qazançı, Mokxratax, Xocavənd rayonunun Xerxan icmalarında keçirilən seçkininin nəticələri 18 oktyabr 2022-ci ildə açıqlanıb. Məlumatda qeyd edilir ki, yerli özünüidarə seçkilərində bu icmalardan 698 seçici iştirak edib ki, bu da ümumi seçici saylarının 41, 72%-ni təşkil edir. Beləliklə, məlum olur ki, bu icmalarda 1673 seçici var. Bu göstəricinin üzərinə ermənilərin də iddia etdiyi 40% uşaq-yeniyetmələrin sayını gəldikdə 2788 edir.

Beləliklə, qeyd olunan rəqəmləri topladıqda 18496 alınır. Xankəndi, Ağdərə şəhərlərində yerli özünü idarə orqanlarına keçirilən “seçkilərin” nəticələri açıqlanmadığı üçün yekun nəticəni dəqiq verə bilmirik.

Araşdırma yolu 2. Araşdırdığımız digər mənbə müharibə zamanı öz yaşayış yerlərini qoyub qaçmış ermənilərin sülhməramlıların müşaiəti ilə geri qayıtma statistikası oldu. Rusiya Müdafiə Nazirliyinin və digər rusdilli, habelə erməni saytlarına istinadən hazırladığımız bu cədvəldə ayın tarixi, qayıdan ermənilərin sayı, istinad edilən mənbə və qayıdanların ümumi sayını göstərmişik.

Bildiyimiz kimi, Qarabağdan qaçan ermənilərin yenidən qayıdışı 14 noyabrdan etibarən başlanıb. İlk 6 gün 14-19 noyabr tarixlərində açıqlanan rəqəmlər Rusiya MN rəsmi saytından götürülüb. Həmin günlərdə açıqlanan məlumatlarda neçə nəfərin gəldiyi və bunun üçün neçə avtobusdan istifadə olunduğu göstərilirdi. Nədənsə, sonrakı günlərdə bu məlumatlar verilmədi.

14 noyabr 20209 avtobus (250 nəf.)təxminən 27 sərnişin
15 noyabr19 avtobus (475 nəf.)25 sərnişin
16 noyabr19 avtobus (482 nəf.)25 sərnişin
17 noyabr24 avtobus (502 nəf.)20 sərnişin
18 noyabr23 avtobus (936 nəf.)40 sərnişin
19 noyabr27 avtobus (1235 nəf.)45 sərnişin

Görünür, məlumatların bu cür açıqlanması (avtobus və sərnişin sayı) ilə sonda elan ediləcək rəqəmin alınmayacağını düşünüb, məlumatın yayılma formasını dəyişiblər.

İndi rəqəmlərə diqqət edək.

Ümumi qaytarılanların sayı ilk dəfə açıqlananda, yəni 21 noyabr 2020-ci il tarixində 7000 nəfər göstərildiyi halda təqdim etdikləri rəqəmləri cəmləyəndə 6880 alınır. Hesab edək ki, yuvarlaq götürülüb. Amma 28 noyabrda ikinci ümumi say açıqlananda ciddi fərq görünür. Belə ki, press-relizdə 21083 yazılıb, amma hesablamalarla 14 841 alınır. Bəs erməni tərəfi bu vəziyyətdən çıxmaq üçün nə addım atıb? Məlumatların uzlaşmamasından çıxış yolunu qondarma qurumun ərazi idarəetmə və inkişaf naziri Jirayr Mirzoyan tapıb. O, 30 noyabr açıqlamasında bildirib ki, Rusiya MN sayı dəqiq göstərmir. Onlar, sülhməramlıların müşaiəti ilə gəlməyən erməniləri qeyd etməyiblər. Belə olsaydı həmin sayın üzərinə daha 30 min əlavə gəlməli idi. istinad

Qayıdaq cədvələ. Öncədən bildirək ki, Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərə qayıdan ermənilərin sayında uyğunsuzluq, saxta rəqəmlər, şişirtmə göstəricilər diqqət cəlb edir.

Misal üçün, 28 noyabrda Rusiya mediasının açıqlamasına görə, 2431 nəfər geri qaytarılıbsa, erməni mənbələri 2115 nəfər göstərir. Burada rusların sayın artıq göstərilməsində daha çox canfəşanlıq etdiyinin şahidi oluruq. Və yaxud, 29 noyabrda açıqlanan məlumata diqqət edək. Sərnişin sayı hər iki mənbədə eynidir. Amma erməni mənbə 14 noyabrdan 29 noyabra qədər 23500 nəfərin qayıtdığını iddia edirsə, rus mənbə bu rəqəmi 25 min göstərir.

Oxşar hal 6 dekabrda da yaşanıb. Rusiyanın “Arqumenti i faktı” nəşri “Sputnik Armenia”dan daha çox Roma Papası olub. 1244 və 859


Digər fakt: 30 noyabrda açıqlanan məlumatda say arasında ciddi fərq görünür. Və maraqlıdır ki, sayı az göstərən mənbə ümumi sayı “Rossiyskaya qazeta”nın göstəricisindən 1000 nəfər çox göstərir.

01-03 dekabrlarda isə tam saxtakarlıq nümunəsi ilə rastlaşırıq. Diqqət edək: 01 dekabrda ümumi say 27 min göstərildiyi halda, 02 dekabrda1200 nəfərin əlavə olunmasına baxmayaraq ümumi sayı dəyişməz saxlayıblar. 02 dekabrda isə iki mənbə fərqli rəqəmlər təqdim edib. Eyni hal 02 və 03 dekabra da aiddir. Say dəyişir, ümumi nəticəyə təsir etmir.

Bir sözlə, uzun və gərgin fəaliyyətdən sonra yekun olaraq “52 min” nəfərin yenidən Qarabağa “qayıtdığını” göstərə biliblər. Bizim hesablamalarımızla bu rəqəm 21-22 mindən çox deyil. Bu rəqəmlə bizim hesabladığımız rəqəm (18496) arasında təxmini yaxınlıq var.

Araşdırma metodu 3. Bildiyimiz kimi, 30 oktyabrda separatçı, rusiyalı milyarder Ruben Vardanyanın təşkilatçılığı ilə Xankəndidə mitinq təşkil edildi. Erməni mediasının yazdığına görə aksiyada 40 min erməni iştirak edib. Bu aksiyanın siyasi mesajını, zaman seçimini bir kənara qoyub, faktları araşdıraq.

Xankəndidə “Dirçəliş” meydanında keçirilən bu aksiyada bir neçə rakursdan çəkilişlər aparılıb ki, bu kadrlar vasitəsilə bizə lazım olan faktlar aşkar etmək mümkündür. Bunlardan, iştrakçıları meydana gətirmək üçün sifariş verilmiş avtobusların meydanda görünməsi, 70 metrlik bayrağın tutduğu sahə və hərbçilərin kütləvi şəkildə kameralara tuş gəlməsi və s. qeyd etmək olar

Amma biz yenə də ermənilərin verdikləri faktlara istinadən araşdırma aparacağıq.

Açıq sahədə mitinq keçirən şəxslərin sayını hesablayan “mapcheking” əlavəsi var. Həmin əlavənin köməyi ilə tədbirdə iştirak edənlərin sayını hesablaya bilərik.

Bütün bu göstəriciləri nəzərə alıb, qeyd etdiyimiz əlavədə təxmini sahəni çəkmiş oluruq.

Bundan sonra göstərciləri yerinə qoyduqda proqram özü iştirakçı sayını göstərir:

Yəni, cəmi 21485 nəfərin iştirak etdiyi alınır. Biz hələ 70 metrlik bayrağı, avtobusları, insanların pərakəndə duruşunu nəzərə almadıq. Ermənilərin fəxrlə danışdıqları 40 minlik mitinqdə əslində 21000 insanın iştirak etdiyini sübut etdik.

Nə nəticəyə gəlirik? Qarabağda ermənilərin iddia etdiyi kimi 120 min əhali yaşamır. Xankəndidə yaşayan ermənilərin sayı 11-12 mindən çox deyil. Seçici siyahıları üzrə hesablamalarımızı, müharibədən sonra qayıdan ermənilərin sayını tutuşdursaq Qarabağda yaşayan ermənilərin sayının 24-26 min civarında olduğunu iddia etmək olar.

Bir daha təkrar edirik ki, Qarabağda ermənilərin iddia etdiyi kimi 120 min deyil, milyon nəfər də yaşasa belə Azərbaycanlı eko-fəalların, QHT-çilərin, media təmsilçilərin tələblərinin bu saya heç bir aidiyyatı yoxdur. Bu araşdırma yalnız və yalnız ermənilərin növbəti saxta arqumentini ifşa etmək üçün aparılmışdır.