Sevək ki, sevilək

0
347

Gül ki, güldürə biləsən. Sevin ki, sevindirə biləsən. Ağlasan ağladacaqsan. Əksini görsən qarşındakı insan deyil. Əgər özünün insan olduğuna əminsənsə…
…Bütün bunları öyrənməyə heç kimin həyatı bəs etməyib.
Olsun…Əsas odur ki, biz bəsdi deməyək. Öyrənək və öyrətməyə çalışaq.
Mənim çatışmayan cəhətim hekayəni danışmadan nəticəsini yazmaqdır.
Səbəb səbir çatışmazlığıdır. Amma bu mənəvi kasıblığımın get-gedə varlandığını hiss edirəm.
Bu həyatda ən varlı adam səbrli olandır və bir də optimist olan. Hər yazımda səbrli olmağın sehrini xatırlatmağım da ona görə səbəbsiz deyil.
Səbir Allahın vergisi olmaqla yanaşı hər qəlbin ilahi imtahandan aldığı qiymətdir.
Bu dünyada bütün əməllərin qarşılığını alaraq yaşayırıq. Və eyni zamanda bu qarşılığı o biri dünyada da görəcəyik.
Bu dünyadakı qarşılığın yalnız sağlamlıq və var-dövlət olduğunu düşünənlər isə mənəvi kasıblıqdan əziyyət çəkirlər. Qazanc mənəvi zənginlik olmalıdır.
Pisliklərlə yaxşılıqların mübarizəsi gedən bu həyatda ömür səhifəmizə yazılanlar yalnız özümüzə və başqalarına etdiyimiz yaxşılıqlar olması üçün daim gülək, sevindirək, sevək, xoşbəxtliyi yaşadaq…

Sənubər