“Fiziki şəxslər özlərinə lazım olan qədər dərman vasitəsini xaricdən gətirə biləcəklər”.
Bunu Milli Məclisin bu gün keçirilən iclasında Baş nazir Əli Əsədov bildirib.
“Bununla bağlı zəruri olan miqdarın müəyyən edilməsi üçün Səhiyyə Nazirliyinə, Dövlət Gömrük Komitəsinə, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə müvafiq tapşırıqlar verilib. Eyni zamanda Milli Məclisin Səhiyyə komitəsinin üzvlərini müzakirələrdə iştirak etməyə dəvət edirik. Nəticədə fiziki şəxslər özlərinə lazım olan qədər dərman vasitəsini xaricdən gətirə biləcəklər”, – deyə baş nazir vurğulayıb.