Laçında vaşaq görüntüləndi, aidiyyatı qurumdan AÇIQLAMA gəldi: “Yəqin ki, onu “Qırmızı kitab” dan çıxaracağıq”-ÖZƏL

“Vaşaq o qədər də nadir heyvan deyil. Əvvəllər elə bilirdik ki, nadirdir, çox nadirdir. Sonra biz kameraları quraşdırandan sonra gördük ki, hər yerdə qarşımıza çıxır. Azərbaycanda ən çox vaşaq rast gəlinən ərazilər Mingəçevir gölünün sol sahilindəki boz dağların ətrafıdır. Stabil populyasiyası var. Böyük və Kiçik Qafqazda da var. İşğaldan azad olunmuş ərazilərdə çox rast gəlinir. Tez-tez şəkillərini mənə göndərirlər yaxud da yoldaşlar çəkib paylaşır”

Bunu açıqlamasında Ümumdünya Vəhşi Təbitəi Mühafizə Fondunun Azərbaycan nümayəndəliyinin direktoru Elşad Əsgərov deyib.

O daha sonra Laçında çəkildiyi ehtimal olunan vaşaq görüntülərindən danışıb:

“Video qeyri-real görünürdü. Laçında vaşaqa rast gəlmək normaldır. O qədər də nadir növ deyil. Buna adi növ deyirlər. Demək olar ki, vaşaq adi növdür. Onsuz da iri yırtıcılar sayca çox olmurlar. Gəmiricilər qida təşkil edirlər. Onların sayı daha çox olur. Buna qida piramidası deyirlər.    Piramidanın aşağısında olanların sayı daha çox olur, yuxarı getdiksə sayları azalır. Piramidanın üst təpəsində duran yırtıcıların sayı həmişə az olur. Əgər ondan irəli gəlib danışsaq vaşaqın vəziyyəti Azərbaycanda o qədər də kritik deyil. Amma hələ də “Qırmızı kitab”da yer alır. 2033-cü ildə növbəti “Qırmızı kitab”-ı çap edəndə yəqin ki, onu ordan çıxaracağıq. Amma yenə də çoxillik müşahidələr və tədqiqatlar lazımdır” deyə o bildirib.