İranda İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) yeni yeraltı raket şəhərciyinin açılışı olub.
Bu barədə “Mehr” agentliyi məlumat yayıb.
Açılış mərasimi çərçivəsində obyektə baxış keçirilib. İran Silahlı Qüvvələri Baş Qərargahının rəisi Əli Abdollahi və SEPAH-ın Aerokosmik Qüvvələrinin komandanı Məcid Musəvi kompleksin döyüş hazırlığını yoxlayıblar.
Korpusun nümayəndəsi Hüseyn Möhəbi isə Tehranın ballistik raketlərinin uçuş məsafəsinə qoyulan məhdudiyyətlərin aradan qaldırıldığını elan edib.



