İranda azərbaycanlı həkim edam olunacaq

0
190

İranda azərbaycanlı ər və arvada ağır cəza verilib.

Noyabrın 4-də həbs edilən həkim Həmid Qarahəsənli etiraz aksiyalarında SEPAH-a bağlı olan Bəsic qüvvələrinin üzvünün öldürülməsi ittiham ilə edam cəzasına məhkum edilib.

Onun həyat yoldaşı kardioloq Fərzanə Qarahəsənliyə isə 25 il həbs cəzası verilib.

Qeyd edək ki, azərbaycanlı cütlük sentyabrın 23-də Kərəcdə keçirilən aksiyalar zamanı hökumət qüvvələri tərəfindən güllələnərək öldürülən azərbaycanlı şairə Hədis Nəcəfinin 40 mərasiminə qatıldıqlarına görə tutulub, sonra onlara qarşı ağır ittihamlar irəli sürülüb.