Bütün insanlar gündə 2 dəfə qidalanmalıdır! – Həkim vacib nüansı açıqladı

0
184

Necə ki, dəri altına, qarına piy yığılır, qan da piylənir. Qanın piylənməsi hiperxolesterinemiya adlanır. Yəni qanda xolesterinin artması. Qanın piylənməsinin nəticəsi damarların – turbaların getdikcə tutulmasıdı. Bu isə hipertenziya, miokard infarktı, insult və digər problemlər yaradacaq.

Bu sözləri tanınmış həkim, anestezioloq-reanimatoloq Şahin Məmmədov deyib.

Həkim hesab edir ki, qan piylənməsinin yeganə müalicəsi və profilaktikası dietadır.

“Vaxtında başlasanız, digər dərmanlara ehtiyac qalmaz. Qanı piylənmiş adamlar gündə 2 dəfə qidalanmalıdır.

Ümumiyyətlə, bütün insanlar gündə cəmi 2 dəfə qidalanmalıdır. Ən rahat metod səhər yeməyini günorta 12-yə qədər yubadın. Axşam yeməyi də 20:00-da bitsin. Bu rejimlə yeməklərin arasında 16 saat müddət əmələ gəlir ki, bu dövrdə qan piyinin əriməsi üçün şərait yaranır. Arada atışdırma etmək olmaz. Su içməyi isə artırın.

Çətin olacaq əvvəlcə. Amma 1 həftəyə öyrəşəcəksiz. Artıq çəkiləriniz də gedəcək.

Şiriniyyat və çörəyi də çıxarsanız, maksimal nəticə alarsız”, – həkim əlavə edib.