“Böyük iyirmilik”də Rusiyanı başqa ölkə əvəz edəcək?

0
209

Polşa “Böyük iyirmilik”də (G20) Rusiya Federasiyasını əvəz edəcək ölkə ilə bağlı təklif irəli sürüb. 

Bu barədə Polşanın mədəniyyət və milli irs nazirinin müavini Yaroslav Sellin məlumat verib.

O bildirib ki, Varşava yeni üzv ola bilər.

“Hesab edirəm ki, əgər G20-nin iqtisadi və siyasi əhəmiyyətli 20 dövlətdən təşkili nəzərdə tutulubsa, deməli, hazırki inkişaf xətti buna imkan verir. İqtisadi reytinqdə Polşa dünyada təxminən 20-ci yeri tutur, ölkənin geosiyasi əhəmiyyəti görə isə Ukraynaya göstərdiyi yardım sayəsində xeyli artıb”, – deyə Sellin “Polşa radiosu”nun efirində bildirib.

Bundan əlavə, Polşa rəsmisi qeyd edib ki, Rusiya Federasiyası terrorçu dövlət kimi tanınmalıdır və bu zaman Rusiya nümayəndə heyətinin G20 və ya ATƏT-in sammitinə dəvət olunması ilə bağlı şübhələr aradan qalxacaq.