Həyatda maraqlarımızdan qıraqda qalanlara bir daha üz tutaq…

0
326

Etiraf etməliyik ki, hər kəsin ilk marağı öz canı və balalarıdı.
Həyatda baş verənlər nə qədər fərqli, duyğusal münasibətlər yaratsa da, əsl maraq ailəvi düşüncələrədir.
Onu da qeyd edək ki, ehtiyacı olanlara yardım çağırışına qoşulanların çoxu maddi vəziyyəti orta olanlardır.
İnsanlara yardım haqqında düşüncələr həyatı maraqlarımızın hamısı deyil. Arzularına çatmayanlara, xəstələrə, atasız, anasız, övladsız qalanlara üz tutmaq təkcə maddi kömək etməklə bitməməlidir. Onlara mənəvi dəstək də həyat simvolumuza çevrilməlidir.
Maraqdan qıraqda qalmaq qəlblərə böyük zərbədir.
Hər hansı halından zərbə alanlar üçün bu dünya bir ölüm zindanıdır.
Mənəvi dayağını əskik edənlər isə vicdan əzabından qurtula bilmirlər.
Mənəvi və maddi ehtiyacı olanlara bir xoş gülüş bəxş etmək belə qəlblərdəki sıxıntıları bir az da olsa, dəf etməyə qadirdir.
Bir ömür boyu yalnız özümüzün deyil, tanıdığımız hər bir kəsin həyatı maraqlarının yerinə yetməsində gücümüz çatacaq qədər köməyimizi əsirgəməyək.
Həyat çox qısadır. Bu günün işini sabaha qoymayaq. Ehtiyacı olanları bir anlıq maraqlarımızdan qıraqda qoymayaq.
Həyatımızı birgə sevinclə yaşayacağımız günlərə ümidimizi itirməyək.
Dünya da bizdən xoş günlərin dadını əskik etməsin.
Hansı işlə məşğul olsaq da, haramla dadını qaçırmayaq. Maraqlarımıza təmiz yolla qovuşaq.
Allahın dünyaya gətirdiyi bütün insanları doğmamız sayaq.
Onların hər birinin düz yola yönəldilməsində yardımçı olaq.
Güclü insanların gücsüzlərə yardımı həyatın qanunudur.
Ətrafımızda baş verən hər bir dünya halı marağımızdan qıraqda qalmasın.
Gücümüz çatanı yardım, çatmayana dua edək.
Dünyəvi maraqların həyatı ehtiyaclarımıza sədd çəkməsinə yol verməyək. Bunun da birinci əlacı səbrdir. Və əlbəttə ki, yaşam dünyamızın aydınlıq mübarizəsi.

Sənubər