Rusiyanın qərarını dəstəklədi – Ərdoğan

0
210

Rusiyanın qoşunlarını Dnepr çayının sol sahilinə çıxarmaq qərarını müsbət hesab edirəm.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Ankarada bildirib.

“Rusiyanın qərarı müsbət qərardır. Əgər Rusiya Prezidenti Vladimir Putin G20-də iştirak etsə, o zaman biz onunla Ukraynadakı vəziyyəti müzakirə edəcəyik, etməsə, telefonla əlaqələri davam etdirəcəyik”, – deyə Türkiyə Prezidenti Özbəkistana uçmazdan əvvəl bildirib. Cənab Ərdoğan bunu jurnalistlərin Ukraynadakı son hadisələri necə qiymətləndirdiyi barədə sualına cavab olaraq deyib.

Qeyd edək ki, Xerson vilayətindəki rus qoşunları tezliklə geri çəkiləcək və Dnepr çayının sol sahilində müdafiə mövqeləri tutacaq. Bu əmri çərşənbə günü Rusiya Müdafiə Nazirliyinin rəhbəri Sergey Şoyqu xüsusi hərbi əməliyyat zonasındakı birləşmiş qrupun komandanı Sergey Surovikinin təklifi ilə verib.