DAMM-nin Zəfər bayramı ilə bağlı tədbiri

0
939

Dünən Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzində “Xarıbülbül” Ədəbi Məclisi”ilə birlikdə Zəfər bayramina həsr olunmuş tədbir keçirildi.Tədbirə Şəhid valideynləri,Qazilər,müharibə veteranları,QHT nümayəndələri,Azərbaycan Milli Konservatoriyasının tələbələri,IB -lərin nümayəndələri dəvət edilmişdilər.Tədbir torpaqlarimızın düşmən ışgalından azad edilməsi ugrunda canlarını qurban vermiş Şəhidlərimizin xatirəsinə bir. dəqiqəlik sükutla başlandı..Azərbaycanın Dövlət Himni səsləndi…
Tədbiri giriş sözü ilə DAMM-nin I -ci vitse prezidenti Ruhiyyə Poladova açdı və bu tədbirdə iştirak edənləri Zəfər bayramı münasibətilə təbrik etdi.
Tədbirdə Şəhidlērimizin ata və anaları,qazilər,Ictimai Birliklerin və ictimaiyyət nümayəndələri.ziyalilar cıxış edərək Zəfərin qazanılmasında šəhidlərimizin,qazi və müharibə veteranlarımızın göstərdikləri qəhrəmanllqllardan ,keçdikləri şərəfli yolun,çətinliklərindən fəxr və qürurla danışdılar.
Bədii hissədə təşkilatın gənclər şurasının sədri Altunun hazırladıgı konsert proqramı hamının çoox xoşuna gəldi.
Sonda tədbirdə fəal iştirak edən ifaşçılar,şəhid analari və bir qrup fəal iştirakçılar da DAMM -nin təşəkkürnamələri ilə təltif olundular ..Xatirə şəkilləri çəkildi…