Azərbaycanda hamiləliyə və doğuma görə müavinətlər artırılır

0
234
Mother holding a baby while he opens his mouth

Azərbaycanda hamiləliyə və doğuma görə müavinətlər artırılır.

Bu barədə Hesablama Palatasının Dövlət Sosial Müdafiə Fondunun 2023-cü il üçün büdcə layihəsinə bu gün dərc edilən rəyində deyilir.

Sənəddə qeyd edilir ki, növbəti ildə hamiləliyə və doğuma görə müavinətlərin maliyyələşdirilməsi üzrə 48,0 mln. manat vəsaitin xərc ediləcəyi proqnozlaşdırılmışdır ki, bu da cari ilin proqnoz göstəricisindən 0,9 mln. manat və ya 1,9%, ilin sonuna gözlənilən icradan isə 4 mln. manat və ya 9,1% çoxdur. Təqdim olunmuş məlumatlara əsasən cari ilin sonuna müvafiq bölmə üzrə 22,3 min sığortaolunana ümumilikdə 44,0 mln. manat məbləğində müavinətin ödəniləcəyi gözlənilir.

Qeyd edilib ki, növbəti ildə Fondun xərcləri gəlirlərinə bərabər tutulmaqla cari ilin təsdiq edilmiş proqnoz göstəricisindən 657,7 mln. manat və ya 11,7%, gözlənilən icrasından isə 927,3 mln. manat və ya 17,4% çox nəzərdə tutulub.

Ümumilikdə, növbəti il Fondun cəmi xərclərinin 6 milyard 263,97 milyon manat məbləğində proqnozlaşdırılır.