Hər zaman seçicilərinin yanında olan deputat

0
189

02.11.2022-ci il tarixində Milli Məclisin deputatı Tahir Kərimli Ağsu rayonu Çiyni kəndində vətəndaş qəbulunu keçirmişdir. Qəbulda İH Başçısının müavini Sevil Mirzəliyeva da iştirak etmişdir.
Deputat Ağsu rayonu Çiyni kənd və digər yaxın kənd seçicilərinin çoxsaylı müraciətlərini dinləmişdir. Vətəndaşların üzləşdikləri çətinliklər, məşğulluq, şəhid ailələrinin istəkləri, veteran və qazilərin şikayətləri, eyni zamanda kəndin problemləri və mənzil-məişət problemlərini əhatə etmişdir.

Görüş zamanı bütün müraciətlər diqqətlə dinlənərək, qeydə alınmış, yerində həll edilə biləcək məsələlər həll edilmişdir. Vətəndaşların problemlərinin həlli üçün deputat tərəfindən aidiyyatı orqanlar qarşısında məsələlər qaldırılacaqdır.