İkinci Qarabağ müharibəsində qazanılan Qələbə Azərbaycan tarixinin qızıl səhifəsidir

0
184

Oktyabrın 26-da Yeni Azərbaycan Partiyasının yaradılmasının 30-cu ildönümü münasibətilə Qaradağ rayonunda tədbir keçirilib.
YAP-ın mətbuat xidmətindən bildiriblər ki, tədbirdən əvvəl Qaradağ rayonundakı Heydər Əliyev Mərkəzinin binası önündə Ulu Öndərin abidəsi ziyarət olunub və önünə gül dəstələri qoyularaq əziz xatirəsi ehtiramla yad edilib.
Sonra Heydər Əliyev Mərkəzinin foyesində təşkil olunmuş kitab və rəsm sərgisinə musiqi sədaları altında baxış keçirilib.
Tədbirdə əvvəlcə Azərbaycanın müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Sonra Yeni Azərbaycan Partiyasının 30 illik fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.
Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov çıxış edərək 1990-1992-ci illərdə Naxçıvan Muxtar Respublikasında mövcud olan ağır ictimai-siyasi şəraitdən danışaraq partiyanın yaranmasını ulu öndər Heydər Əliyevin Azərbaycan xalqına bəxş etdiyi töhfələrdən biri kimi qiymətləndirib. Bu siyasətin layiqli davamçısı olan Azərbaycan Prezidenti, YAP-ın Sədri İlham Əliyevin rəhbərliyi altında dövlətimizin qüdrətinin və beynəlxalq nüfuzunun daha da artdığını qeyd edib.
Milli Məclisin komitə sədri, YAP İdarə Heyətinin üzvü Eldar İbrahimov çıxışında ümummilli lider Heydər Əliyevin ideyaları, uzaqgörənliyi və qətiyyəti nəticəsində yaradılan Yeni Azərbaycan Partiyasının 30 il müddətində çox zəngin və şərəfli bir inkişaf yolu keçdiyini qeyd edib və tarixi faktlar və hadisələrin canlı iştirakçısı kimi konfrans iştirakçılarını Naxçıvanda 1992-ci ilin noyabrında YAP-ın yaranması gedişatı ilə məlumatlandırıb. O, YAP-ın yarandığı gündən Azərbaycanın güclü və mütəşəkkil siyasi qüvvəsi olaraq xalqımızın milli maraqlarının ifadəçisi olduğunu bildirib.
Milli Məclisin deputatları Aydın Hüseynov və Səbinə Xasayeva YAP-ın yaranmasının xalqımızın mütəşəkkilliyinin və siyasi təfəkkürünün yüksək göstəricisi olduğunu qeyd ediblər. Bildirilib ki, bu gün YAP sıralarında ölkəmizin 300 minə yaxın qabaqcıl gəncini toplayıb və yetkin siyasi qüvvəyə çevrilib.
Vətən müharibəsi şəhidi Səməndər İsmayılzadənin anası Fəridə İsmayılova çıxışında YAP üzvlərinin Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində fəal iştirak etdiyini, vətənpərvər və əqidəli insanlar olduğunu vurğulayıb.
Vətən müharibəsi şəhidi Şaiq Kəlbiyevin atası Namiq Kəlbiyev isə bildirib ki, Yeni Azərbaycan Partiyası ümumxalq partiyasıdır və onun uğurlu siyasi fəaliyyətinin nəticəsindən yaranan 44 günlük İkinci Qarabağ – Vətən müharibəsində qazanılan tarixi Qələbə xalqımızın yaddaşında əbədi qalacaq.
Daha sonra çıxış edən Vətən müharibəsi qazisi Elxan Məmmədov Prezident, Müzəffər Ali Baş Komandan, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə ölkəmizin əldə etdiyi uğurlar barədə danışıb, Heydər Əliyev ideyalarını rəhbər tutan Azərbaycanın müstəqilliyinin əbədi olacağını vurğulayıb.
Vətən müharibəsi şəhidi Şaiq Kəlbiyevin atası Namiq Kəlbiyev isə bildirib ki, Yeni Azərbaycan Partiyası ümumxalq partiyasıdır və onun uğurlu siyasi fəaliyyətinin nəticəsindən yaranan 44 günlük İkinci Qarabağ – Vətən müharibəsində qazanılan tarixi Qələbə xalqımızın yaddaşında əbədi qalacaq.
Daha sonra çıxış edən Vətən müharibəsi qazisi Elxan Məmmədov Prezident, Müzəffər Ali Baş Komandan, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə ölkəmizin əldə etdiyi uğurlar barədə danışıb, Heydər Əliyev ideyalarını rəhbər tutan Azərbaycanın müstəqilliyinin əbədi olacağını vurğulayıb.
Digər çıxış edənlər – 180 saylı məktəbin direktoru Atakişi Cəfərov, Qaradağ rayon Lökbatan qəsəbəsi 288 saylı orta məktəbin direktoru Taleh Quliyev, iş adamı Əbülfət Qocayev, “91-lərin” ən gənc üzvlərindən biri olmuş, hazırda Qaradağ Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Munis Bayramov, YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev partiyanın yaranma tarixindən və keçdiyi inkişaf yolundan söz açıb, Heydər Əliyev ideyaları əsasında qurulmuş partiyanın hakimiyyətdə olduğu dövrdə elm, təhsil və səhiyyə sahəsində əldə olunmuş uğurlardan danışıb, İkinci Qarabağ müharibəsində qazanılan Qələbəni Azərbaycan tarixinin qızıl səhifəsi adlandırıblar.
Sonda partiyanın yaranmasında, təşkilatlanmasında və Qaradağ rayonunun ictimai-siyasi həyatında fəal iştirak edən bir qrup şəxs Fəxri fərmanla təltif edilib və partiya sıralarına yeni qəbul edilmiş şəxslərə üzvlük vəsiqələri təqdim olunub.