Ədəbi gəncliyin parlaq mayakı

0
2129

Səma Muganna—-bu ad artiq çoxlarına tanışdır…Gənc yazarın həmyaşıdlarından bir çox fərqli və üstün cəhətləri çoxdur .Belə ki, özünün yüksək intellektual səviyyəsi,insanlara dəyər verib qiymətləndirməyi çox ustalıqla və məharətlə bacarması ,fəlsəfi düşüncələri,natiqliq qabiliyyəti,əsərlərindəki obrazlar barədə geniş sohbətləri və i.a. müxtəlif fikirləri ilə fərqlənir..
Səma insanın daxili aləminə siraət edib, onu bütün incəliklərinə kimi təqdim etməyi özünə məxsus düşüncələrinə əsaslanaraq ətafındakılara çatdırmagı dəqiqliklə bacarır.Onun öz dünyası,öz romantikası, öz düşüncə tərzi var ….
Onunla şəxsi tanışlıģım zamanı fikirlərimdə yanılmadıģım,öz təsdiqini tapır…..
Hər hansı bir hadisəyə fərdi düşüncə tərzi ilə yanaşır, xəyalında araşdırıb,qurduģu hər hansı bir ədəbi əsərin mahiyyətini ,məzmununu, mənasını və nəhayət,mövzusunu tam şəkildə oxucusuna,dinləyicisinə aydınlıgı ilə çatdırmaģı adamı heyran edir….
Hələ kiçik yaşlı məktəbli ikən yazdıģı yazılar, kitablar onun zəngin daxili aləmindən xəbər verir..
Əlbəttə, bu da onun genetik xüsusiyyətindən irəli gələ bilər. Belə ki,Səma tanınmış yazıçımız Isa Mugannanın varisi–nəvəsi olduģuna görə burada genetikanın özünü göstərməsi də elmi cəhətdən bizə əsas verir…
Səmanın yazılarındakı dolģun fikirlər onun gələcəkdə ən məhsuldar yazıçı kimi şöhrət qazanacaģından xəbər verir…..
Bildiyimiz kimi Səma Muganna 2006- cı ildəmart ayının 2-sində Bakıda –Isa Mugannanın ocaģında dünyaya göz açıb.Ona bu adı düşünərək verənlər heç də yanılmamışlar.Həqiqətən o, səmada Günəş kimii parlayan,ədəbi yaradıcılıģa qədəm qoyan gənclərin yoluna işįq saçan Mayakdır!!!
Hazırda BDU-də filologiya fakultəsində müəllim kimi çalişan,filologiya üzrə fəlsəfə doktoru Sevinc Muganna ö söhbətlərində qeyd edir ki,qızı Səma hələ uşaqlıqdan ədəbiyyata baģlı olmuşdur.Bu baģlılıqda babası Isa Mugannanın böyük rolu olmusdur.Və Səma ugurlarına görə babasını qibləgahı adlandırır….
Hələ 14 yaşında ilk defe hekayələr toplusu olan”Mələk Səmanın sevdalı dünyası”, bir neçə aydan sonra isə ilk povesti “Ģöyərçinin qəribə sevgi hekayəsi” povest kitabı işıq üzü görmüşdü…
Bəli,artıq Səma öz ədəbi mühitində növbəri yazılarına imza atmagın yollarına bələd olur.Ondakı yüksək intellekt imkan verir ki,həm məktəbli olaraq dərslərində də fərqlənir, həm də fəal çalışmaqla yanası ,ədəbi fəaliyyətinə davam edir.
Onu da qeyd etmək yerinə düşərdi ki,15 yaşlı məktəbllinin “Adam və Papatyanın Tanrıyla ģörüşdüyü gün ” adlı kitabının işıq üzü görməsi bir çox yazarları heyrətləndirdi ….Və 2022 ci ilin apreli onun həyatında ən yaddaqalan və unudulmaz günlərdən oldu….
Azərbaycan Yaziçılar Birliyinə üzv seçilən 16 yaşlį qız üçün bundan böyük mükafat ola bilərdimi?!
O, ugurlarına iti addımlarla
Irəliləyirdi….
Ədəbi yaradıcılıgındakı ugurları hamımızı çox sevindirirdi.Onun yazıları “Yazarlar”jurnalında,”Ədəbiyyat” qəzetində və digər mətbu orqanlarında mütəmadi olaraq dərc olunur.
Konya şəhərində yayımlanan”Krımın səsi” qəzetindəki yazıları da oxucuları tərəfindən marawla oxunur.
Gənc yazıçımızın yazılarını Türk dünyası heyranlıqla oxuyur və daim izləyir .
Bu yaxınlarda da Konyada yayımlanan “Krımın səsi” qəzetində”Günəşin qaranlıq Şahzadəsi” adlı povesti də ilk dəfə işıq üzü görməklə
davamlı səkildə beynəlxalq səviyyədə novbəti ugurunu qazanmışdı.
Səmanın ədəbi fəaliyyətini dəyərləndirən “Yazarlar” jurnalının redaksiya heyəti onu jurnalın üzvü seçməklə ” Ziyadar” mükafatına layiq görmüşdür.Eyni zamanda “Qürur”ƏM- nin nəzdində fəaliyyət göstərən”Xarıbülbül”Ədəbi Məclisinin üzvlük vəsiqəsi təqdim edilmişdi.
Bu il oktyabrın 6-sında Bakı Şəhər Mədəniyyət Baş Idarəsinin təşkilatçılıgı ilə Səbail rayon MKS- nin Mərkəzi kitabxanasında gənc yazıçımız Səma ilə yaddaqalan növbəti bir görüş keçirildi.Görüşdə Bakı Şəhər Mədəniyyət Baş Idarəsinin Mədəniyyət siyasəti sektorunun müdiri Səbinə Məmmədova,Zəhra Kazımova,yazıçı, şair-publisist, hərbi jurnalist,AYB-nin üzvü,Nazim Əhmədli,”şair, yazıçı-publisist,AYB-nin üzvü,””Qızıl Qələm”mükafatı laureatı,prezident təqaüdçüsü Zaur Ustac, bu sərirlərin müəllifi,gənc yazarın ailə üzvləri,kitabxananın əməkdaşları və digər tanınmıs ziyalılar iştirak etməklə Səmanın yaradıcılıgını yüksək qiymətləndirmişlər.
“Yazarlar” jurnalının baş redaktoru Zaur Ustac yeni təsis olunmuş “Isa Muganna”diplomunu ilk dəfə Səma Mugannaya təqdim etmişdir.
“Xarıbülbül” ƏM- si də yaradıcıılıq ugurlarına görə eyni adlı diplomu yazara təqdim etmişdir.
Səmanın zəngìn dünyagörüşünə malik olması onun gələcəkdə bu potensialdan bacarıqla istifadə èdə bilməsinə zəmin yaradır.
Bu il Bakıdakı 189-190 nömrəli məktəbin XI sinfini bitirəcək Səma təhsilini Incəsənət Institunun kino- rejissorlugu fakultəsində davam etdirmək arzusundadır.
Niyə məhz bu fakultə – deyəndə :
—Əsərlərimin rejissoru özüm olmaq istərdim- dedi.
Arzuna , niyyətinə dogru bu sənət yolunda sənə tükənməz bacarıqlar,yeni- yeni bol ugurlar diləyilə….
Nəzakət Kərimova Əhmədli,
AJB-nin üzvü,DAMM-nin ekspertlər şurasının sədri,”Yazarlar”jurnalının əməkdaşı,”Xarıbülbül”ƏM-nin sədri