Azərbaycanda partlayış olan istirahət mərkəzində yaralananların vəziyyəti AÇIQLANDI

0
198

Sumqayıt şəhərinin Sahil küçəsində, Corat-Novxanı yolunda yerləşən “Sunset” istirahət mərkəzində baş verən partlayışda yaralanan üç nəfər dünən saat 22:20-də Nərimanov Tibb Mərkəzinin nəzdindəki Yanıq Mərkəzinə yerləşdirilib.

Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib. 
Qeyd edilib ki, xəsarət alan qadınlardan birinin bədən səthinin 45 faizi yanıb:

“Digərinin bədən səthinin 35-40 faizi, kişinin bədən səthinin isə 60 faizi yanıb. Onların Reanimasiya şöbəsində müalicələri davam etdirilir”.

Qeyd edilib ki, hazırda iki qadının vəziyyəti stabil, kişinin vəziyyəti isə ağır stabil olaraq qiymətləndirilir.

Xatırladaq ki, ötən gecə Sumqayıt şəhəri, “Sunset” istirahət mərkəzində baş verən partlayışda 1969 və 1972-ci il təvəllüdlü iki qadın və 1963-cü il təvəllüdlü kişi Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər.