Azərbaycan Parisdə 5-ci beynəlxalq qastronomiya festivalında təmsil olunacaq

0
208

Azərbaycan 1-4 sentyabr tarixlərində Heydər Əliyev Fondunun, Azərbaycanın Fransadakı səfirliyinin, Azərbaycanın Dostları Assosiasiyasının (ADA), Paris Azərbaycan Evinin, AZPROMO-nun dəstəyi ilə Fransanın paytaxtı Parisdə keçirilən 5-ci beynəlxalq qastronomiya festivalında təmsil olunacaq.

festivalda fransalı və xarici qonaqlar Azərbaycan mətbəxi ilə tanış olacaqlar.

Milli kulinarlar “Şuşa ili” çərçivəsində Qarabağ bölgəsinin mətbəxinə də xüsusi yer ayıracaqlar.

Tədbir iştirakçıları milli mətbəximizin ləziz nümunələri, milli şirniyyatlarımızla tanış olacaqlar. Festival çərçivəsində dolmanın hazırlanmasına həsr edilmiş dəyirmi masa da keçiriləcək.

Tədbir zamanı qonaqlara Azərbaycan mətbəxi ilə yanaşı Azərbaycan milli rəqsləri də nümayiş olunacaq.