Növbəti tədris ilindən tətbiqinə başlanılacaq dərsliklər AÇIQLANDI

0
195

Növbəti tədris ilində bir sıra yeni dərsliklərin tətbiqinə başlanılacaq.

Bunu  açıqlamasında Təhsil İnstitutunun direktoru Rüfət Əzizov deyib.

O bildirib ki, bunlardan biri V siniflər üçün “Təbiət 5” dərsliyidir və bu ildən kütləvi istifadəyə veriləcək:

“Əlavə olaraq III siniflərdə “Happy Campers” ingilis dili dərsliyi keçiləcək. Bu dərslik I-II siniflərdə tətbiq olunurdu. Həmçinin ötən illərdə pilot olaraq tədris olunan dərsliklər bu ildən kütləvi şəkildə keçiləcək. Bunlar əsasən ibtidai sinif dərslikləridir. Yuxarı siniflərdə tədris olunan dərsliklərin də bəziləri yenilənib”.