Polkovnik Esler: “Qarabağda aparılan bərpa işlərini öz gözlərinlə görməlisən”

0
248

“Qarabağda aparılan bərpa işlərinin miqyası heyrətamizdir, bunu öz gözlərinlə görməlisən”.

Bunu Avstraliyanın Ankaradakı səfirliyinin attaşesi polkovnik Bencamin Esler bildirib.

“Burada olmaqdan çox şadıq. Azərbaycanın apardığı tikinti-bərpa işlərinin miqyası heyrətamizdir. Ölkəniz tamamilə dağıdılmış şəhərləri və kəndləri bərpa edir. Azərbaycanın gələcək planları ilə tanış olmaq maraqlı olardı”, – Füzuli və Şuşaya səfərləri barədə təəssüratlarını bölüşən B.Esler qeyd edib.

B.Esler vurğulayıb ki, Avstraliya və Azərbaycan arasında kifayət qədər çoxşaxəli əməkdaşlıq qurulub:

“Bu münasibətləri yüksək qiymətləndirirəm”.