Borrell: “Avropa öz kiçik orduları ilə cari təhlükələrə qarşı çıxa bilməz”

0
202

Ukraynadakı müharibə və dünyanın digər regionlarında artan gərginlik Aİ ölkələrini ordunun genişləndirilməsi üçün yollar axtarmağa vadar edir.

Hazırda Avropa orduları real görünsələr də, ancaq ordunun olduqca kişik modellərini xatırladır.

Bunu Aİ-nin xarici siyasət üzrə Ali Komissarı Xosep Borrel bildirib.

O, son 20 ildə Avropa ordularının əsasən Aİ hüdudlarından kənarda “ekspedisiyalar” həyata keçirdiyini xatırladıb. Buna misal olaraq diplomat Əfqanıstan, İraq və ya Afrikadakı əməliyyatları göstərib.

Borrelin sözlərinə görə, Aİ ölkələrinin kollektiv təhlükəsizliyi dərhal gücləndirilməlidir.