Ugrunda qan tökülən torpaga Vətən deyilir.

0
311

Bu gün İsmayıllı rayon Vətən müharibəsi şəhid Xüsusi Təyinatlı Qüvvələrin əsgəri Aqil Mirzəyevin ad günü qeyd olundu.

Tədbirdə rayon icra hakimiyyətinin nümayəndələri, rayon sakinləri, müəllim kollektivi, İsmayıllı şəhid ailələri, Qəbələ şəhid ailələri, Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi Sabitlik və İnkişaf Mərkəzi Qəbələ rayon numayəndliyi rəhbəri, qazilər iştirak etdi.

Şəhidlər xiyabanın da şəhidin məzarına gül dəstələri qoyulmuş, ruhuna dualar oxunmuşdur.
Sonra şəhidin adına verilmiş küçənin açılışı olmuşdur.
Tədbirdə rayon rəsmiləri, şəhid ailələri çıxış etdi.
Məktəblilər şeirlər söylədi.
Qəbələ rayon Vəndam qəsəbə sakini Abdulrəhimova Ayla öz şeirləri ilə şəhid ailələrinə təsəlli oldu.

Şəhidimizin anasına təşkilatımızın fəxri fərmanı verildi.

Allah şəhidlərimizə rəhmət eləsin.

Təranə Alməmmədova

Xarıbülbül Ədəbi Məclisin”, Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi Sabitlik və İnkişaf Mərkəzi Qəbələ rayon numayəndliyi rəhbəri