Altı saat dərsi olan müəllimlərin əlavələrlə birlikdə alacaqları əməkhaqqı nə qədər olacaq?

0
236

Elm və təhsil naziri Emin Əmrullayev yeni qərardan sonra müəllimlərin əlavələrlə birlikdə alacaqları əməkhaqqı barədə məlumat verib.

o, bu barədə media üçün keçirdiyi brifinqdə açıqlama verib.
Nazir qeyd edib ki, 6-12 saata qədər dərsi olan müəllimlərin sayı 18 min 530; 12-18 saata qədər – 31 min 116; 18-24 saatadək – 40 min 209; 24-34 saata qədər isə 382 nəfərdir.

E.Əmrullayev əlavə edib ki, hazırda 6 saata yaxın dərs deyən müəllimlərin sayı 4 min 439 nəfərdir:

“Həmin şəxslər 150 manat maaş alırlar. Yeni qərarla maaşları artmış olacaq. Onlar 165 manat, 35 faizlə isə 203 manat almış olacaqlar”.