Səbrimiz əskik olmasın

0
284

Həyatda sevinclə yanaşı müxtəlif dərəcəli ağrılar birgə yaşayır. Allahımız səbr və ümidi bu yaşantıların qəlbimizi qoruması üçün göndərmişdir. Təəssüf ki, hər bir kəs bu səbrə yiyələnə bilməmişdir. Hər kiçik problemin dərdə çevrilməsi də bu zaman baş verir. Allah heç bir kəsi sevincdən də məhrum etməmişdir.
Yaşam dünyamız sevinc və kədərin mübarizəsindən ibarətdir. Həyatı fəaliyyətimiz ehtiyaclarımızı ödəməklə yanaşı, sevincli günlərimizi yaşatmaq arzusu və əməllərinə həsr olunur. Hər bir yaşantının fərqli duyğularla idarə olunması sevnc və kədərin də fərqli həcminə tuş gəlir.
Dünyanı yaşadan səbrli insanların çoxluğudur. Səbr sevinclərimizi yaşadan güclü bir hissdir, faciələrdən qoruyan ilahi bir gücdür, əbədi dünyamızı işıqlandıran ümiddir.
Hər bir itkiyə məruz qalana Allah səbr versin deyə arzulayırıq. İnsani və maddi itkilərimizə bu arzular təsəlli verir.
İntiharların əsas səbəbi isə səbrin yoxluğudur. Səbrin yoxluğu bir çox insanların həyatını cəhənnəmə döndərir.
Səbirli insanlara isə ilahi gücdən pay düşür. Onların acıları da yaşam həvəsini öldürmür. Pis insanların yaxşılara dönmək ümidini də.
İnsanların hamısı bir ömür boyu səbrli olmur. Səbrsizin səbrliyə çevrilməsi, səbrlinin səbirsizə çevrilməsi də baş verir. Bu da Allaha olan inancın fərqliliyi ilə müşayiət olunur. Səbirsiz olan Allaha olan inamını da itirir çox vaxt. Bu isə əsl faciədir.
Hər bir kəsə səbirli olmağı arzulamaqdan başqa əlimizdən heç nə gəlmir.
Ancaq dini təlimlərin bu işdə xeyli köməyi ola bilər.
Allahın göndərişlərini tez-tez oxuyaq səbrsizliyin səbrə dönəcəyinə ümidimizi itirməyək.

Sənubər.