Mişov kültür dərnəyi və “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin birgə təşkilatçılığı ilə doktor Əkrəm Rəhimlinin anım tədbiri keçirilib.
Tədbiri giriş sözü ilə açan “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin sədri Güllü Eldar Tomarlı görkəmli alimin ömür yolundan və elmi fəaliyyətindən danışıb.
Daha sonra çıxış edən Mişov kültür dərnəyinin rəhbəri şair-publisist Aqşin Ağkəmərli bildirib ki, Əkrəm Rəhimli istər elmi araşdırmalarında qazandığı uğurlar, istər şəxsiyyət kimi öz fərdi keyfiyyətləri ilə ailəsinin və vətəninin adını ucaldan şəxsiyyət olub.
Tədbirdə mərhumun həyat yoldaşı Fatma Rəhimli, dostları, yaxınları və QHT nümayəndələri çıxış edərək Əkrəm Rəhimlini əsl ziyalı, vətənpərvər alim kimi dəyərləndirərək onun cənubi Azərbaycanla bağlı elmə verdiyi töhfələrdən geniş söz açıblar.
Tədbirdə Əkrəm Rəhimli haqqında video rolik təqdim olunub və aşıq Ramil Qarayevin çıxışında saz havası dinlənilib.
Sonda mərhumun həyat yoldaşı Fatma Rəhimli tədbirin təşkilatçılarına və iştirakçılara təşəkkür edərək mərhum araşdırmaçı-alimə verilən bu dəyər-qiymətə görə öz minnətdarlığını bildirib.
Nəzakət Kərimova Əhmədova,
“Xarıbülbül” Ədəbi Məclisinin sədri, ” Bizim Qala” jurnalının redaktoru,”Yazarlar” jur. əməkdaşı, AJB -nin üzvü.