“Duzlu göl”də çimmək qadağan edilib

0
244

“Bu yaxınlarda Suraxanıda, Hövsan-Zığ magistral yolunun kənarında yerləşən “Duzlu göl”də oldum. Orada hər hansı təmir işləri aparılmır”.

bu barədə Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov bildirib. 

O qeyd edib ki, əvvəlki illərdə olduğu kimi ora antisanitar vəziyyətdir:

“Duzlu göl”ə yenə də çirkab suları axıdılır. Orada çimmək qadağan edilib. Həmin ərazinin kənarında Zığ bələdiyyəsi, icra nümayəndələri tərəfindən bərpa işləri aparılır”.