Hər halı ilə gözəl dünya…

0
439

Hər halı ilə gözəl dünyada yasantılarımız səbrin hakimliyi ilə haqqa qovuşur. Səbr xoşbəxtliyin açarıdır.
Hər insana xoşbəxtlik müxtəlif yaşlarda az və ya çox şəkildə nəsib olur.
Insanların yaşam dünyasında gördüklərinin səbrin qalibiyyəti ilə xoşbəxtliyə qovuşmasına inanmayanlar bədniyyətliyin timsalı ilə üzləşir.
Və bu hal ilə bərabər sevincli günlərin mövcudluğuna inanmayanlar yoxdur.
Ümid və səbrin dünyanı gözəlləşdirən, həyatımızı asanlaşdıran bir məhfum olduğuna inanmalıyıq.
Insanların cavan və yaşlı dövründə yaşantıları bərabər olmaya bilər.
Dünya hər halı ilə gözəldir anlamına yiyə durmayanlar həyatın gözəlliyi ilə qovuşur.
Insanların çoxu cavan vaxtı qazandıqlarının bəhrəsini yaşlı vaxtda görürlər və həyatı normal yaşamağa nümunə olurlar. Və bu nümunə övladları olub, olmayanlara da eyni şəkildə paylaşılır.
Ictimai yardım alanlar da, bu işlə məşğul olanlar da xoşbəxtliyin dadını nümayiş etdirirlər.
Xoşbəxtliyin dadını yüksək vəzifədə görənlər arasında isə bu vəzifədən özləri üçün istifadə etmək, yox təminatına ehtiyac olanlara yardım etmək də görür.
Əks fəaliyyət isə onların vəzifədən uzaqlaşdırır.
Hər kəs mövcud hakimiyyət dövründə bunun şahididir.
Hər pisliyin cəzalandırılması eyni dövrdə mümkün olmasa da, həyatımızın hər halı ilə gözəl olmasına inamımızın dövrün hər bir sahəsində düzgünlüyün formalaşmasına inamımız artmaqda davam edir.

Sənubər