Cinayət Məcəlləsində dəyişiklik EDİLDİ – QƏRAR

0
316

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Cinayət Məcəlləsində dəyişiklik edilməsi barədə qərar qəbul edib.

Qərara əsasən, Cinayət Məcəlləsinin 208.1-ci maddəsində “Təşkilat rəhbərləri tərəfindən xarici” sözləri “Xarici” sözü ilə əvəz edilib.

Qeyd edək ki, daha əvvəl maddədə təşkilat rəhbərləri tərəfindən xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq Azərbaycan Respublikasının müvəkkil edilmiş bankının hesabına məcburi qaydada köçürülməli olan xeyli miqdarda xarici valyuta vəsaitlərini xaricdən qaytarmama hallarında üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə nəzərdə tutulmuşdu.

Qanuna dəyişiklik nəticəsində xarici valyuta vəsaitlərini xaricdən qaytarmama hallarında məsuliyyət təkcə təşkilat rəhbərlərini əhatə etməyəcək.