Hüznlü sevinci yaşayırıq

0
461

Şəhidlərimizin sarsıntılı ağrısı ilə yaşadığımız günlərin acı müşayiəti bir ömür boyu bizimlə olacaq. Yeganə təsəlli onların cənnətə qovuşmasıdır. Şəhid ailələrinin hər birimizin qayğısına da böyük ehtiyacı var.
Gəlin Şəhid ruhlarını da şad edəcək bu qayğını onlardan əsirgəməyək. Bu qayğı təkcə maddiyyat imkanı ilə əlaqədar deyildir. Bircə kəlmə xoş sözümüz, ziyarətimiz həm onların, həm özünüzün ruhunu şad edəcək gücə malikdir. Yüksək sayda insan itkisi ilə qazandığımız qələbənin sevinci də hüznsüz deyildir. Həyatımıza qatılan bu hüzn həm də şəhidlərimizin arzusunu reallaşdırmaqla yüngülləşə bilər.
Çox təəsüf ki, bu hüznə qatılmayan laqeyd insanlar da var. Onlar azlığın çoxluğa tabe olması anlayışından da uzaqdırlar. Qəlbi geniş insanlar bu laqeydliyi təəssüf hiss ilə qarşılamaqla yanaşı, ona qarşı mübarizəni də vacib hesab edirlər. Bu mübarizədə qələbənin kimə məxsus olduğunu da izah etməyə ehtiyac yoxdur.
Xoşniyyətli insanların daimi qələbəsi isə şəhidlərimizin ruhunu sevindirməklə yanaşı, onların ailəsinin də təsəlli ocağıdır.
Bu yasantıların hər birimizin həyatında önəmli rolu insanlığın hüzn və sevincinin birgə bölüşməsində atılan addımların xariqələr yaratmasıdır.

Sənubər