Türkiyə idmançıları Suqovuşandakı yarış üçün Azərbaycana gəldilər – FOTO

0
278

Qardaş ölkə Türkiyənin avarçəkənləri beynəlxalq yarış üçün artıq Bakıya gəlib.

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu il dönümünə həsr edilən avarçəkmə üzrə “Prezident kuboku-2022” reqatasının başlamasına iki gün qalıb.

Artıq iştirakçı ölkələrdən Türkiyə komandası da bu gün səhər saatlarında Bakıya gəlib. Qonaqlar Heydər Əliyev adına Hava Limanında böyük coşqu ilə qarşılanıb. Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının nümayəndələri Türkiyə komandasını salamlayıb və onlara yarış haqqında məlumat verib. Daha sonra könüllülərdən ibarət qrup idmançılara xüsusi hədiyyələr təqdim edib.