FHN-in səlahiyyətlərində dəyişiklik: Nazir tapşırıqlar verdi

0
321

Fövqəladə Hallar Nazirliyinin (FHN) səlahiyyətlərini tənzimləyən normativ-hüquqi aktlarda dəyişikliklər edilir.

“Report”un əldə etdiyi məlumata görə, artıq bununla bağlı layihələr hazırlanıb.

Məlumata görə, fövqəladə hallar naziri Kəmaləddin Heydərov FHN-in səlahiyyətlərini tənzimləyən normativ-hüquqi aktlarda müvafiq dəyişikliklərin edilməsi ilə bağlı layihələrin hazırlanması istiqamətində görülən işlərlə bağlı maraqlanıb və tapşırıqlar verib.