Gəncədə avtobus sürücüsü sükan arxasında ölüb

0
264

Gəncə şəhərində avtobus sürücüsü sükan arxasında ölüb.

hadisə bu gün axşam saatlarında Şah İsmayıl Xətai prospektində qeydə alınıb.

9 nömrəli xətt üzrə hərəkət edən marşrut avtobusunun sürücüsü, 1958-ci il təvəllüdlü Orucov İlqar özünü narahat hiss etdiyindən avtobusu saxlayıb.

Sonradan onun sükan arxasında öldüyü məlum olub.

İlkin məlumata görə sürücü infarkt (ürək tutmasından) keçinib.

Faktla bağlı araşdırma aparılır.