İxtiraçı ata ağlayan hər üç qızının öhdəsindən gəlməyin yolunu tapıb. “Qafqazinfo” bildirir ki, həmin anı görüntüləyən kişi videosu ilə sosial şəbəkədə bir anda məşhurlaşıb.
Kadrlardan göründüyü kimi, ata əllərində var gücü ilə ağlayan qızını tutub. Əvvəlcə kişi ona fikir vermir, daha sonra isə soruşur: “Dayan, biz ağlayırıq?”. Ardınca o, qızına deyir ki, indi onun növbəsidir və başlayır ağlamağa, qız isə həmin vaxt sakit durur. Sonra o, növbəni yenidən qızına ötürür. Uşaq əvvəlcə imtina edir, sonra isə sadəcə bir dəfə qışqırır. Yenidən estafeti alan ata qızını tamamilə sakitləşdirməyə müvəffəq olur.
İxtiraçı ata bu yolla təkcə balaca qızını deyil, həm də digər ikisini sakitləşdirməyi bacarır.