Nigeriyada neft emalı anbarında güclü partlayış: 100-ə yaxın şəxs ölüb

0
219

Nigeriyanın Rivers əyalətində yerləşən neft emalı anbarında güclü partlayış baş verib.

Nigeriyanın Ətraf Mühitin Mühafizəsi Mərkəzindən verilən məlumata əsasən, partlayış nəticəsində 100-ə yaxın şəxs həlak olub.

Yaralıların sayı barədə isə hələlik məlumat verilmir.