Namiq Abbaslı Qran-prinin finalına yüksəlib

0
234

Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin cüdo idman növü üzrə milli komandanın üzvü Namiq Abbaslı (-73 kq, J2) Antalyada keçirilən Qran-prinin finalına yüksəlib.

o, 1/4 finalda özbəkistanlı rəqibi Conibek Cəlilovu, yarımfinalda isə qazaxıstanlı cüdoçu Temirxan Dauleti məğlub edib. Finalda Namiq Abbaslı gürcüstanlı rəqibi Giorgi Kaldani ilə qarşılaşacaq.

-60 kq çəki dərəcəsində ölkəmizi təmsil edən İsmayıl Muradov (J1) isə 1/4 finalda türkiyəli cüdoçu Sait Gökhan Yüceyə qalib gəlsə də, daha sonra yarımfinalda özbəkistanlı rəqibi Diyorbek Mayfonova məğlub oldu. İsmayıl Muradov bürünc medal uğrunda qırğızıstanlı rəqibi Tamirlan Abdıkerimov ilə görüşəcək.

Digər təmsilçimiz Anar İsmayılzadə (J1) ilk qarşılaşmada gürcüstanlı rəqibi Mişiko Şiorbişviliyə məğlub olaraq bu yarışda mübarizəsini dayandırıb.

Qran-prinin finalı Bakı vaxtı ilə 17:00-da başlayacaq.