Ukrayna Rusiyadan “Azovstal”da humanitar dəhliz tələb etdi

0
229

Ukrayna tərəfi “Azovstal” kombinatındakı mülki əhalini və yaralı hərbçiləri təxliyə etmək üçün Rusiyadan humanitar dəhliz tələb edib.

Bu barədə Ukraynanın Reinteqrasiya naziri İrina Vereşşuk bildirib.

“Rusiyalılardan Mariupolun “Azovstal” kombinatından təcili humanitar dəhliz tələb edirik. Orada 1000-ə yaxın mülki vətəndaş və 500 yaralı hərbçi var. Onların hamısını bu gün “Alovstal”dan çıxarmaq lazımdır”, – deyə o bildirib.

Mənbə: Pravda