Türkiyə Qara dənizdə qaz hasilatına milyardlarla dollar sərmayə qoyacaq

0
244

Türkiyə Qara dənizdə 540 milyard kubmetr qazın hasilatı və nəqlinə təxminən on milyard dollar sərmayə qoymağı planlaşdırır.

Ölkə həmçinin qazma gəmiləri donanmasını da genişləndirməyi nəzərdə tutur. 2023-cü ildə 540 milyard kubmetr təbii qaz vətəndaşların istifadəsinə verilməlidir. Türkiyə Sakarya qaz yatağında ölkənin kəşf etdiyi qazı emal edəcək sənaye kompleksi tikir. Kompleks Qara dənizdə Türkiyə sahillərindən təxminən 150 kilometr aralıda yerləşir. Obyektin 2023-cü ilin birinci rübündə istifadəyə veriləcəyi gözlənilir.

Mənbə: “Sabah” qəzeti