Kiyevin Rusiyanın sülh müqaviləsinə dair sənəd layihəsi təklifinə cavabı açıqlandı

0
275

“Rusiyalılar çox vaxt ictimai bəyanatlardan yalnız məcburi təzyiq elementi kimi istifadə edirlər”.

Bu barədə Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak danışıb.

O, bu sözlərlə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun açıqladığı Kiyevə təklif olunan sülh haqqında sənəd layihəsinə münasibət bildirib.

“Yalnız Ukrayna tərəfinin rəsmi hesabatlarına etibar etmək daha yaxşıdır. Çünki rusiyalılar çox vaxt ictimai bəyanatlardan yalnız məcburi təzyiq elementi kimi istifadə edirlər”, – deyə M.Podolyak bildirib.

Onun sözlərinə görə, Ukrayna hələ danışıqların İstanbul raundunda öz təkliflərini qarşı tərəfə çatdırıb:
“Rusiya tərəfi təklifləri nəzərdən keçirdi və öz mövqeyini ortaya qoydu. Bundan sonra nəzərdən keçirmək, müqayisə etmək və nəticə çıxarmaq üçün bizim növbəmizdir”.