Fransada prezident seçkiləri: Makron öndədir – YENİLƏNİB

0
338

Fransanın Daxili İşlər Nazirliyi prezident seçkilərində səslərin 80 faizini hesablayıb.

Ölkənin hazırkı prezidenti Emmanuel Makron səslərin 27,31 faizini toplayıb.

Ultrasağçı Milli Birlik partiyasının lideri Marin Le Pen isə seçici səslərinin 25,70 fazini əldə edə bilib.

Bununla yanaşı, Jan-Lük Melanşon seçicilərin 19%-nin səsini toplaya bilib.

00:00

Fransada keçirilən prezident seçkilərinin ilkin nəticələri açıqlanıb.

Bu barədə Fransa Daxili İşlər Nazirliyi məlumat yayıb.

Artıq prezident seçkilərində səslərin 40 faizi hesablanıb.

Belə ki, seçicilərin 28,2 faizi ultra sağçı Milli Birlik partiyasının lideri Marin Le Penə səs verib.

“İrəli, Respublika” Partiyasının namizədi, hazırkı dövlət başçısı Emmanuel Makron isə 26,15 faiz səs toplayıb.

Fransızlar dövlət başçısını beş il müddətinə seçirlər. Namizədlərdən heç biri birinci turda mütləq səs çoxluğu (50% üstəgəl bir səs) əldə etmədikdə, ikinci tur keçiriləcək. İkinci tur aprelin 24-nə planlaşdırılıb.

22:24

Artıq Fransanın əksər ərazilərində səsvermə məntəqələri bağlanıb, səslərin sayılması proseduru başlayıb.

“Exit-pollar”ın nəticələrində də dəyişiklik olub.

Son nəticələrə əsasən, Fransa prezident seçkilərinin birinci turunda Emmanuel Makron və Marin Le Pen arasında birincinin xeyrinə 4-5% üstünlük var.

21:27

Fransada prezident seçkilərinin birinci turunda səsvermə davam edir.

Son nəticələrə əsasən, Fransa prezident seçkilərinin birinci turunda Emmanuel Makron və Marin Le Pen hərəyə 24 faiz səslə liderdirlər.

Proqnozlaşdırıldığı kimi seçkilərdə əsas rəqabət ultra sağçı Milli Birlik Partiyasının lideri Marin Le Penlə “İrəli, Respublika” Partiyasının namizədi, hazırkı dövlət başçısı Emmanuel Makron arasında gedir.

20:53

Fransada prezident seçkilərinin birinci turunun səsverməsi davam edir.

Yerli “Exit-poll”un ilkin məlumatına görə, ölkənin hazırkı Prezidenti Emmanuel Makron rəqiblərindən kiçik fərqlə öndədir.

Qeyd edək ki, Fransa seçiciləri ölkə prezidentliyinə 12 namizəddən birinə səs verirlər.

Ölkənin 49 milyondan çox vətəndaşının səsvermə hüququ var.

Mənbə: BBC