Nyu-York meri koronavirusa yoluxub

0
388

Nyu-York meri Erik Adamsın koronavirus testi müsbət çıxıb.

Bu barədə şəhər merinin mətbuat katibi Fabyen Levinin geniş yayılmış bəyanatında deyilir.

Bildirilib ki, mer özünü təcrid edib.

“Bu gün yuxudan oyananda səsi tutulmuşdu və ehtiyat tədbiri olaraq PCR testi verdi, nəticə müsbət çıxdı. İndi onda başqa simptomlar yoxdur, bununla belə artıq təcrid olunub və bir həftə ərzində ictimai tədbirləri ləğv edib”, – Levi bildirib.

“Adams virus əleyhinə dərmanlar qəbul edir və uzaqdan işləməyə davam edəcək”, – mətbuat katibi əlavə edib.