Fermerlərə dəyən bütün ziyan qarşılanacaq – RƏSMİ

0
338

“Cənub rayonlarında, xüsusilə də Cəlilabadda nəkin sahələri sel və subasmaya məruz qalan fermerlərə dəyən ziyanın bütün ziyanlar qarşılanacaq”.

Bunu “Report”a Aqrar Sığorta Fondunun idarə heyətinin sədri Fuad Sadıqov bildirib.

F.Sadıqov əlavə edib ki, əkin sahələrinə ziyan dəymiş fermerlərin zərərləri bir halda qarşılanacaq:

“Əkin sahələrini sığorta etdirməyən fermerlərin zərərləri qarşılanmayacaq. Fermerlərə tövsiyə edirik ki, növbəti dəfə sahələrini mütləq qaydada sığortalasınlar. Yalnız bir halda fermerlərə dəyən ziyan qarşılanacaq ki, bu da, sığorta xidməti əldə etmiş bütün fermərlərə şamil edilir”.