Avropa çempionatı: Azərbaycanın daha beş sərbəst güləşçisi mübarizəyə qoşulur

0
260

Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında bu gün Azərbaycanın daha beş sərbəst güləşçisi mübarizəyə başlayacaq.

İslam Bazarqanov (61 kq) təsnifat mərhələsində Viktor Litsenlə (Almaniya) üz-üzə gələcək.

Turan Bayramov (74 kq) 1/8 finalda Əli Paşa Umarpaşayevlə (Bolqarıstan) görüşəcək.

Əbubəkr Abakarov (86 kq) da 1/8 finalda Denis Balaurla (Moldova) qarşılaşacaq.

Osman Nurməhəmmədov (92 kq) yarışa 1/4 finaldan start verəcək. Onun ilk rəqibi Radoslav Martsinkyeviç (Polşa) – Simeone Yannattoni (İtaliya) cütünün qalibi olacaq.

Ən ağır çəkili idmançımız Aydın Əhmədov (125 kq) təsnifat mərhələsində Paris Karepiylə (Albaniya) güləşəcək.

Bu gün həmçinin Əliabbas Rzazadə (57 kq), Hacı Əliyev (65 kq), Əşrəf Aşırov (79 kq) və Məhəmmədxan Məhəmmədov (97 kq) qızıl, Zirəddin Bayramov (70 kq) isə bürünc medal qarşılaşmalarına çıxacaqlar.