Ərdoğan həftə sonu Putinlə danışıqlar aparmağı planlaşdırır

0
258

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə NATO-nun Brüssel sammitinin nəticələrini telefonla müzakirə etməyi planlaşdırır.

Türkiyə lideri bu barədə Brüsseldən qayıdarkən təyyarədə jurnalistlərə açıqlamasında deyib.

“Ola bilsin ki, həftənin sonunda və ya növbətinin əvvəlində Putinlə yenidən danışıqlar aparım. Bu danışıqlarda biz NATO sammitinin (Brüsseldə – red.) nəticələrini müzakirə edib dəyərləndirməliyik”, – deyə o bildirib.

Dövlət başçısı həmçinin Rusiyanın təbii qaz tədarükü üçün rublla ödənişlərə keçməsinə də münasibət bildirib. Onun sözlərinə görə, Ankara hələ adi vaxtlarda Moskvaya ticarətdə milli valyutalara keçməyi təklif edib.

“Biz adi vaxtlarda artıq Rusiyaya bunu (milli valyuta ilə alqı-satqını – red.) təklif etmişdik. Biz dedik: Gəlin bunu öz milli valyutamızla – rubl və türk lirəsi ilə edək”, – deyə Türkiyə lideri bildirib.