Rusiya Çindən kömək istəyir

0
324

“Financial Times” və “The New York Times” ABŞ hökumətindəki adı açıqlanmayan mənbələrə istinadən yazır ki, Rusiya hakimiyyəti Çindən Ukraynaya hərbi müdaxiləni dəstəkləmək üçün hərbi texnika verməyi xahiş edib.

Onların sözlərinə görə, Rusiya Ukrayna ilə müharibə başlayandan bəri Çindən hərbi texnika və digər yardımlar istəyir. “Financial Times” mənbələri müharibənin üçüncü həftəsinin ortalarında Rusiyanın bəzi silahlarının tükəndiyini bildirib.

“The New York Times” qeyd edir ki, ABŞ hökumətindəki mənbənin məlumatına görə, Rusiya iqtisadi sanksiyaların təsirlərinə qarşı çıxmaq üçün Çindən həmçinin əlavə iqtisadi yardım istəyib.

Ağ ev və Çinin Vaşinqtondakı səfirliyi mətbuatda yayılan xəbərlərə hələlik münasibət bildirməyib.