O məktub mənə oglumun qanın gətirdi

0
533

44 günlük muharibə vaxtı Qəbələdən əsgərlərimizə sovqat aparanda , sovqatların içində əsgərlərə məktub göndərirdi məktəbli uşaqlar.

Bu məktublar əsgərlərə diqqət ,qaygı, sevgi, qəhrəmanlıq aşılayırdı.

Hələ mənə bir şagird yüz məktub vermişdi sovqatlara qoymaga.

Deməli Lənkərandan olan bir şəhidin cibindən məktub çıxır, həmin məktub şəhid anasına verilir.
Ana həmin məktub yazan uşagı axtarir, müraciət edir, köməkliklə Fatimə adlı qızı tapdıq
. Qəbələ TV çəkiliş etdi. Fatiməni tanıtdıq.

Bu gün Lənkəranlı ana Fatimə bala ilə görüşə gəldi.
Həmin görüşə şəhid analarında dəvət etdik.
Ana bunu demişdi, o məktub mənə oglumun qanın gətirdi.

Tarix yazan sərkərdələr, tarix yazan xalqımız.
Tarixi bir hadisəni sizlərlə bölüşdüm.

Allah rəhmət eləsin Şəhidlərimizə 🇦🇿

Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi Sabitlik və İnkişaf Mərkəzi Qəbələ rayon numayəndliyi rəhbəri

Təranə Alməmmədova.