Abşeron rayonunun bir hissəsində içməli suyun verilişi dayandırılacaq.
Bu barədə “Azərsu” ASC-dən məlumat verilib.
Bildirilib ki, Oğuz-Qəbələ-Bakı magistral su kəmərində aparılan təmir işləri ilə əlaqədar 28 fevral 2022-ci il tarixində gün ərzində Abşeron rayonunun Qobu, Güzdək və Hökməli qəsəbələrinin bir hissəsinə, eləcə də kəmərin marşrutu boyu bu xətdən su alan bəzi kəndlərə içməli suyun verilməsində fasilələr yaranacaq.