Ukraynada qalan azərbaycanlılara ÇAĞIRIŞ

0
320

“Diasporla İş üzrə Dövlət Komitəsinə həm Ukraynadan, həm Azərbaycandan çoxlu müraciətlər var”.

Bu barədə  Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Vəsilə Vahidqızı bildirib.

Onun sözlərinə görə, Ukraynada olan soydaşlarımız Ukrayna Azərbaycanlıları Radasında yaradılan operativ qərargahla əlaqələndirilir:

“Hazırda Ukraynada olan və əlaqə nömrələri bizə yönəldilən hər bir şəxslə anında maraqlanır, onlar haqqında məlumatı dərhal operativ qərargaha göndəririk. Sizin vasitənizlə də operativ qərargahın əlaqə vasitələrini bir daha diqqətə çatdırırıq:

+380 97 070 0085 telefon nömrəsi və [email protected].

Ukraynada çətin vəziyyətdə qalan soydaşlarımızdan xahiş edirik ki, bu nömrənin “WhatsApp” hesabına ad, soyad, əlaqə vasitəsi və pasportlarının surətini göndərsinlər”.

“Əlavə edim ki, Komitə Polşa və Macarıstana gedə bilən azərbaycanlılara müraciət edərək, Azərbaycana təxliyə olunana qədər bu ölkələrdə fəaliyyət göstərən Azərbaycan evlərində qala biləcəklərini bildirib.

Artıq bu ölkələrə gedən bilən insanlar Azərbaycan evlərində və ya fərdi evlərdə yerləşdiriliblər. Bura Rumıniyanı da əlavə edə bilərik. Diaspor təşkilatları və diaspor üzvləri Rumıniyaya çatan soydaşlarımıza hər cür kömək edir, onların yerləşməsini təmin edirlər.

Polşadakı Azərbaycan evi  +48 732 858 585
Macarıstandakı Azərbaycan evi +994 50 662 19 89 “WhatsApp”

Telefon nömrələri 24 saat aktivdir.

Qeyd edək ki, Diasporla İş üzrə Dövlət Komitəsi Ukraynada yaranmış vəziyyətlə bağlı digər qurumlarla koordinasiyalı şəkildə işləyərək, soydaşlarımızın heç bir xəsarət almadan Azərbaycana gəlmələri üçün bütün imkanlarını səfərbər edib”, – deyə o qeyd edib.