Bakıda daha bir məktəb koronavirusa görə bağlandı

0
277

Paytaxtdakı 20 nömrəli məktəb-liseyin fəaliyyəti fevralın 4-dən distant təhsil formasında davam etdiriləcək.

Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən COVID-19 infeksiyasına yoluxma və qarşılıqlı təmas halları ilə bağlı 20 nömrəli məktəb-liseydə əyani tədris prosesinin 7 gün müddətinə distant təhsillə əvəz olunmasına qərar verilib.

Təhsil müəssisələrində koronavirus infeksiyasına qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur və müvafiq qaydaların icrası ilə bağlı mütəmadi monitorinqlər aparılır.

Qeyd edək ki, Bakıda 177 nömrəli tam orta məktəbin fəaliyyəti də bu gündən distant təhsil formasında davam etdirəcək.