“Güclü ifaçıdır, amma arxasında dayanan yoxdur” – Xalq artisti

0
296

“Ölüm, yoxsa yaşamaq daha çox həqiqidir? Ölüm sözündən heç xoşum gəlmir. Əlbəttə, yaşamaq. Yəqin bu söz o insanlar üçün yaxşıdır ki, artıq həyatdan beziblər. Mən həyatdan bezməmişəm. O qədər görəcəyim işlər var ki, təsəvvür belə edə bilməzsiniz. Sanki nəyəsə tələsirəm”.

Bu sözləri Xalq artisti Mübariz Tağıyev deyib. Müğənni ona həyatla bağlı ünvanlanan sualları cavablandırıb:

“Ailəmə, nəvələrimə nədəsə kömək etmək istəyirəm. Amma həyatın sonu var… O biri dünyaya inanıram, bilirəm ki, bir gün əcəl gəlib qapımı döyəcək. Deyəcək, Mübariz müəllim, durun, üzünüzü çevirin qibləyə, gedin… Hərdən sual verirlər ki, sənət adamı səhnədən nə zaman getməlidir? Belə sual olar? Sənət adamı özü bunu hiss edir! Nə zaman tamaşaçının zəhləsini tökdü, səssiz-küysüz deyəcək ki, getdim. Amma bunu heç kim istəmir. Özümüzü tez səhmana salıb qayıdırıq. Əgər tamaşaçını itirmisənsə, özünə qarşı soyuqluq hiss edirsənsə, getməlisən”.

Tağıyev bir vaxtlar keçirilən musiqi yarışmalarından bəhs edib:

“SMS-lə müğənni seçmək olmaz. Bir də görürdük ən yaxşı seçdiyimiz iştirakçı ilk turdan getdi. Çünki imkanı olmurdu səs toplamağa. İnanın, hərdən özüm də gizli səs verirdim. Bu gün estradamızda parlayan çoxuna səs vermişəm. Görürdüm ayrı variantımız yoxdur. Güclü iştirakçı idi, amma arxasında dayanan yoxdur, nə etməli idik?”.