Bakıda yeni sığınacaqlar YARADILACAQ

0
428

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin 2022-ci il üzrə planları açıqlanıb.

Bununla bağlı agentliyin sədri Vüqar Behbudov ötən ilin yekunları və qarşıda duran hədəflərə dair keçirdiyi mətbuat konfransında danışıb.
 
O bildirib ki, Bakı şəhəri üzrə filialların əsasında regional filialın və 5 ixtisaslaşmış mərkəzin yaradılacaq:

“Sosial imkanları məhdud uşaqların sosial reabilitasiyası üzrə 2 mərkəz, baxımsız uşaqların ailələri ilə profilaktik iş üzrə mərkəz, məişət zorakılığından əziyyət çəkən şəxslər üçün pilot olaraq böhran mərkəzi, müəssisəyə düşmənin qarşısının alınması və reinteqrasiya fəaliyyəti üzrə mərkəz olacaq”.

O qeyd edib ki, bu il Bakı şəhərində və Ağcabədi rayonunda bu kateqoriya üzrə yeni sığınacaqların açılması planlaşdırılıb:

“Müəssisənin Baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanların sosial reabilitasiyası üzrə Füzuli rayonunda filialının yaradılması, Əlilliyi olan şəxslər üçün Peşə-əmək reabilitasiya Mərkəzinin Xaçmaz rayonunda filialının yaradılması, bütün stasionar sosial xidmət müəssisələrində peşə-əmək reabilitasiyası kabinetlərinin yaradılması planlaşdırılır”.